BAKI, 27 noyabr. TELEQRAF

"Azərbaycanda tibb təhsilinin inkişafı dövlət siyasətinin prioritetidir".

Teleqraf xəbər verir ki, bu fikirləri ”Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Tibb bacısı və Mamalıq sahələri üzrə I Beynəlxalq elmi-praktik konfransı”nın açılışında çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev səsləndirib.

Səhiyyə naziri qeyd edib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın humanitar təşəbbüsləri, həmçinin rəqəmsallaşma və maddi-texniki bazanın gücləndirilməsi bu sahənin inkişafında mühüm rol oynayır.