BAKI, 28 sentyabr. TELEQRAF

Alimlər beyindəki immun hüceyrələri olan mikroqliyanın əvəzlənməsinin Alzheimer və Parkinson xəstəliklərinin müalicəsində effektiv üsul ola biləcəyini müəyyən ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Nature jurnalı məlumat yayıb.

Bildirilib ki, mikroqliya zədələnmiş hüceyrələri və toksinləri təmizləyərək neyronları qoruyan vacib immun hüceyrələrdir.

Alimlər hesab edir ki, onların əvəzlənməsi, dəyişdirilməsi bəzi beyin xəstəliklərinin müalicəsində açar rolunu oynaya bilər, lakin mikroqliyanın əvəzlənməsi çətindir, çünki hüceyrələr əsasən mərkəzi sinir sistemində yerləşir, adətən öz bölünmə yolu ilə yenilənir.

Alimlər yanaşmanı daha təhlükəsiz və effektiv etmək üçün araşdırmalarını davam etdirirlər.