BAKI, 22 avqust. TELEQRAF
Aşağı Güzdək qəsəbəsi ərazisində fabrikdə yanğında 6 nəfər tüstüdən zəhərlənib.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, saat 11:00 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində fabrikdə yanğın hadisəsinin baş verməsi barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
"Çağırış əsasında 7 təcili tibbi yardım briqadası hadisə yerinə cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 6 nəfər (kişi cinsli) tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar, 1 nəfərə (kişi cinsli) sağ əlin yanığı, 1 nəfərə isə (kişi cinsli) özünü pis hiss etməsi səbəbi ilə yerində tibbi yardım göstərilib", - məlumatda bildirilib.
***
14:02
Bu gün səhər saat 11:00 radələrində Abşeron Rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində fabrikdə yanğın baş verməsi barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, çağırış əsasında ilkin olaraq 7 təcili tibbi yardım briqadası hadisə yerinə cəlb olunub.
Qeyd edək ki, Güzdəkdə boya istehsalı zavodunda baş verən yanğın hazırda məhdudlaşdırılıb, tam söndürülməsi istiqamətində isə əməliyyat davam edir.