Koronavirus pandemiyası yazda bitəcək, lakin onun daha erkən bitməsi ehtimalı da var.

Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti – “Rospotrebnadzor”un rəhbəri Anna Popova çıxış edib.

Anna Popova bu fikri “Rossiya 1” telekanalında Nailə Əsgər-zadənin “Təhlükəli virus. Birinci il” filmində səsləndirib.

“Pandemiya yazda bitəcək, əgər biz cəhd etsək, daha tez sona çata bilər. Bu gün bu hamımızdan asılıdır”, – deyə o bildirib.