Hazırda dünyada bir çox neqativ hadisələr baş verir və bu cür çağırışlarla dolu bir dövrdə onların həlli yollarını tapmaq xüsusi əhəmiyyət kəsb edir. Məhz bu forumun əsas məqsədlərindən biri də qlobal problemlərin müzakirəsi və onların aradan qaldırılması üçün effektiv həll yollarının tapılmasıdır.

Teleqraf xəbər verir ki, bu sözləri Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç jurnalistlərə açıqlamasında bildirib.

Jelka Tsviyanoviç: "Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu forumda çıxış etməsi və bu mühüm məsələlərə dair fikirlərini bölüşməsi olduqca dəyərlidir. Ona bu çıxışına və aktual problemlərin həlli istiqamətində göstərdiyi təşəbbüsə görə dərin təşəkkürümü bildirirəm. Prezident İlham Əliyevin qlobal miqyasda sülhün, sabitliyin və əməkdaşlığın möhkəmlənməsi istiqamətində atdığı addımlar təqdirəlayiqdir və bu kimi təşəbbüslər beynəlxalq birlik üçün mühüm əhəmiyyət daşıyır".