BAKI, 19 may. TELEQRAF

May ayının 15-də Everest zirvəsini fəth edən azərbaycanlı alpinist Vəfa Musayeva 2 gün sonra Lhotze zirvəsini də fəth edib.

Teleqraf xəbər verir ki, Lhotze zirvəsinin hündürlüyü 8516 metrdir.

Himalay dağlarının Nepal-Çin sərhəddində yerləşən bu zirvəyə ilk dəfə 1956-cı ildə İsveçrə alpinistləri bayraq sancmışdılar.

Qeyd edək ki, Vəfa Musayeva Everest zirvəsini fəth edən ilk azərbaycanlı xanımdır.

2023-cü ildə Ukrayna vətəndaşı olan soydaşımız Elmira Aslanova Everest zirvəsini fəth etmişdi.