BAKI, 19 may. TELEQRAF
Türkiyə Respublikasının qurucu lideri Mustafa Kamal Atatürkün yeni videosu üzə çıxıb.
Teleqraf xəbər verir ki, bu barədə DHA məlumat yayıb.
Atatürk 1929-cu ildə bir fotoqraf studiyasında şəkillər çəkdirib. Həmin çəkiliş zamanı Atatürkün videosu da lentə alınıb. Çəkilən video 1950-ci illərdə nümayiş edilən bir sənədli filmdə yer alıb. Ancaq sonra unudulan bu video sənədli filmdən götürülüb.
Həmin videonu təqdim edirik.