
BAKI, 3 mart. TELEQRAF
Qadın sahibkarlığının inkişaf etdirilməsi qadınların ictimai fəallığının yüksəldilməsi, onların məşğulluğunun artırılması, iqtisadi müstəqilliyinin təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir.
Teleqraf xəbər verir ki, bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsində əksini tapıb.
Məruzədə qeyd olunub ki, bu səbəbdən, qadınlara iqtisadi dəstək göstərilməsi və mikrokreditlərin verilməsi, onların sahibkarlıq sahəsində keçirilən təlimlərə cəlb edilməsi üzrə təşəbbüslərin genişləndirilməsi, habelə kvota kimi müvəqqəti xüsusi tədbirlərin tətbiqi məqsədəmüvafiqdir.
Xatırladaq ki, Ombudsmanın illik məruzəsi Milli Məclisin İnsan hüquqları komitəsinin martın 3-də keçirilən iclasında müzakirəyə çıxarılıb.