BAKI, 27 fevral. TELEQRAF
Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən fevral ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşdırılıb.
Bu barədə Teleqraf-a DSMF-dən məlumat verilib.
Qeyd edək ki, fevralın 11-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, fevralın 25-də isə bölgələrdə yaşayan şəxslərin pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.