BAKI, 16 oktyabr. TELEQRAF
Oktyabrın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan-Türkiyə münasibətlərinin mövcud vəziyyəti və son dövrlərdə ikitərəfli əlaqələrdə baş verən proseslər müzakirə olunub.
Tərəflər, həmçinin Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısının nəticələri barədə fikir mübadiləsi aparıblar.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.