BAKI, 10 iyul. TELEQRAF
Bakıda Kolumbiyanın Milli Günü münasibətilə rəsmi qəbul keçirilib.
Teleqraf xəbər verir ki, tədbir Azərbaycanın və Kolumbiyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Kolumbiyanın Azərbaycandakı səfiri Nelsi Rakel Munar Xaramiyo bildirib ki, iki ölkə arasında münasibətlər qarşılıqlı hörmət və əməkdaşlıq əsasında inkişaf edir:
“Son illər siyasi dialoq genişlənib, parlamentlərarası əlaqələr fəallaşıb və iqtisadi əməkdaşlıq yeni mərhələyə qədəm qoyub”.
Tədbirdə çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev bildirib ki, Azərbaycan və Kolumbiya arasında münasibətlər qarşılıqlı etimada əsaslanaraq müsbət dinamika ilə inkişaf edir.
Onun sözlərinə görə, humanitar əməkdaşlıq da ikitərəfli münasibətlərin mühüm istiqamətlərindən biridir:
“Hər iki ölkədə keçirilən mədəni tədbirlər xalqların zəngin irsinin qarşılıqlı tanıdılmasına və mədəniyyətlərarası dialoqun güclənməsinə mühüm töhfə verir”.
FOTO: Elnur Muxtar