BAKI, 10 aprel. TELEQRAF

Kuba Prezidenti Migel Dias-Kanel ABŞ-nin onun vəzifədən getməsini tələb etmək hüququnun olmadığını bildirib.

Teleqraf xəbər verir ki, o qeyd edib ki, ölkəyə rəhbərlik edib-etməməsinə yalnız Kuba xalqı qərar verə bilər. Bu barədə o, "NBC News" telekanalına müsahibəsində danışıb.

“Əgər Kuba xalqı belə nəticəyə gəlsə ki, mən vəzifəmi yerinə yetirə bilmirəm, o zaman prezident postunda qalmalı deyiləm və onlara cavab verəcəyəm. Lakin ABŞ bizə heç nə diktə edə bilməz”, - deyə Dias-Kanel vurğulayıb.

O əlavə edib ki, Kubaya qarşı düşmən siyasət aparan ABŞ hökumətinin bu ölkədən nəsə tələb etmək üçün mənəvi haqqı yoxdur.