BAKI, 9 aprel. TELEQRAF

"Azərbaycanla Ermənistan arasında sülh, uzunmüddətli barış baş tutduğu halda Türkiyə-Ermənistan sərhədləri də açılacaq".

Teleqraf xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisi - Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Milli Məclisdə keçirilən Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərinin işçi qruplarının birgə görüşü zamanı deyib.

O qeyd edib ki, Türk dövlətləri arasında təhsil, enerji, təhlükəsizlik məsələləri, mədəni tədbirlərin gücləndirilməsi çox önəmlidir.