BAKI, 8 aprel. TELEQRAF

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin qarşıdan gələn hökumətlərarası görüşləri Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevlə müzakirə edib.

Teleqraf xəbər verir ki, görüşdə iqtisadi, mədəni və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə edilib. Xarici İşlər Nazirlikləri arasında mövcud koordinasiya məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Rusiya-Azərbaycan çoxtərəfli əlaqələrini və müttəfiqlik əməkdaşlığını daha da gücləndirmək, eləcə də Cənubi Qafqaz və Xəzər dənizi regionunda təhlükəsizliyi təmin etmək və əməkdaşlığı inkişaf etdirmək üçün effektiv birgə işi davam etdirmək barədə qarşılıqlı öhdəliklərini ifadə ediblər.