BAKI, 10 mart. TELEQRAF
“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin xidməti minik avtomobillərinin say həddi 4 olaraq müəyyən edilib.