BAKI, 27 fevral. TELEQRAF

"İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatı tərəfindən məktəblərdə qidaların keyfiyyətinin yoxlanılması məqsədilə monitorinqlər həyata keçirilib".

Teleqraf xəbər verir ki, bu barədə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı fevralın 27-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında bildirib.

"Aparılan araşdırmaların və müşahidələrin nəticələrinin yaxın günlərdə ictimaiyyətə açıqlanacağı gözlənilir", - o qeyd edib.