BAKI, 27 fevral. TELEQRAF
"Azad İstehlakçılar" İctimai Birliyinin sədri Eyyub Hüseynov "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun yenilənməsi təşəbbüsü ilə çıxış edib.
Teleqraf xəbər verir ki, bu təklif Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında, İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsinin müzakirəsi zamanı səsləndirilib.
E.Hüseynov çıxışında sözügedən qanunun 1995-ci ildə qəbul edildiyini xatırladaraq, müasir dövrün tələblərinə uyğunlaşdırılması üçün sənədin yenilənməsinin vacib olduğunu vurğulayıb: "Bu baxımdan "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun yenidən işlənilməlidir".