BAKI, 6 yanvar. TELEQRAF

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib ki, Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bir gün ölkənin müxtəlif yerlərinə, bəlkə də, bütövlükdə ölkəyə tətbiq oluna bilər. Cənab Prezident əlavə edib ki, “çünki bu da operativ, çevik və daha az məmurun iştirakını tələb edən üsuli-idarə metodudur”.

Teleqraf xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov ölkə başçısının müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, cənab Prezidentin bu açıqlaması yerli idarəetmə strukturunun təkmilləşdirilməsinin davam etdirləcəyi baxımdan vacib bəyanatdır:

"Paytaxt ilə regionlar arasında iqtisadi fərqin minimumlaşdırılması üçün yerli idartəetmə sistemində islahatların davam etdirilməsi aktual məsələlərdəndir. Regionlarda formalaşdırılan infrastrukturun daha çox dəyərə çevirlməsi üçün struktur islahatların rolu heç də az deyil.

Aydındır ki, yeni dövrün yeni tələbləri var. Bu tələblər isə struktur islahatları nəticəsində bögələrimizə daha çox sərmayənin cəlb edilməsini aktuallaşdırıb. Hazırda Azərbaycan 14 iqtisadi rayon var. Bununla belə, Bakı şəhərindəki, Naxçıvan MR-dəki rayonlar daxil olmaq respublikada 76 rayon mövcuddur (12-si Bakıda, 7-si Naxçıvan MR-də, 57-si respublika tabeli rayon). Göründüyü kimi, rayonların sayı iqtisadi rayonların sayından 5.4 dəfə çoxdur".

Deputat hesab edir ki, bütün bunlar kontekstində isə, cənab Prezidentin rəhbərliyi ilə struktur və institutsional islahatların davam edəcək. Bu isə Azərbaycan üçün yeni dövrün yeni hədəflərinə uyğun olaraq yeni idarəetmə modeli deməkdir.