BAKI, 17 noyabr. TELEQRAF
Türkiyə Milli Müdafiə Nazirliyi 17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə paylaşım edib.
Teleqraf xəbər verir ki, bu barədə qurumun “X” hesabında paylaşım edilib.
“37 il əvvəl milli diriliş ruhu ilə müstəqilliyə yürüyən və Qarabağda böyük zəfər qazanan Azərbaycan türkü qardaşlarımızın Milli Dirçəliş Gününü təbrik edir, “Bir Millət, İki Dövlət” şüarı ilə hər zaman birgə və həmrəylikdə olacağımızı bir daha bəyan edirik”,- paylaşımda deyilir.