BAKI, 28 may. TELEQRAF
Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Laçında təkbətək görüşü planlaşdırılır.
Teleqraf xəbər verir ki, təkbətək görüşdən sonra Pakistanın Baş naziri Şahbaz Şərifin də iştirakı ilə üçtərəfli görüş nəzərdə tutulub.
Üçtərəfli görüşün ardınca Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçında birgə gəzintisi olacaq.