BAKI, 23 may. TELEQRAF

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko rəsmi Bakını Avropa Siyasi Birliyinin toplantısına ev sahibliyi etməsi münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə diplomat sosial media hesabında paylaşım edib.

P.Mixalko bildirib: “2028-ci ildə Avropa Siyasi Birliyinin toplantısına ev sahibliyi edən Azərbaycanı təbrik edirik!”.

Qeyd edək ki, Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta Avropa Siyasi Birliyinin toplantısının 2028-ci ildə Azərbaycanda keçiriləcəyini bildirib.