
BAKI. 20 may. TELEQRAF
BMT Avropa İttifaqının (Aİ) Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv etmək qərarını yüksək qiymətləndirib.
Teleqraf xəbər verir ki, bunu brifinqdə BMT rəsmisi Stefan Düjarrik deyib.
“Biz ümid edirik ki, bu, bütün Suriya xalqına öz həyatlarını bərpa etməyə kömək edəcək”, - Dujarrik bildirib. .
Qeyd edək ki, Avropa İttifaqının xarici işlər naziri Kaya Kallas Aİ Şurasının Brüsseldə keçirilən iclasından sonra Dəməşqə tətbiq edilən iqtisadi sanksiyaların ləğv edildiyini açıqlayıb . Aİ 2011-ci ildən Suriyaya qarşı iqtisadi sanksiyalar tətbiq edib.