BAKI, 27 mart. TELEQRAF

Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri Yevgeniya Qutsul dəstək üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edib.

Teleqraf xəbər verir ki, bu barədə "TASS" yazıb.

Qutsul həbsi ilə əlaqədar Türkiyə Prezidentindən dəstək istəyib. O, Ərdoğana müraciətində ondan qaqauz xalqının qanuni hüquqlarını qorumasını gözlədiyini bildirib.

Qeyd edək ki, Yevgeniya Qutsul Kişinyov aeroportunda saxlanılıb.