
BAKI, 14 fevral. TELEQRAF
Fevralın 14-də Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya çərçivəsində videokonfrans formatında işçi görüş keçirilib.
Teleqraf xəbər verir ki, görüşdə tərəflər delimitasiya işlərinin həyata keçirilməsi üçün tələb olunan təlimat layihələrini müzakirə edib, həmçinin komissiyaların növbəti əyani görüşünün təşkili ilə bağlı məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Tərəflər növbəti görüşün tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.