
BAKI, 14 fevral. TELEQRAF
Xarici İşlər Nazirliyi Hərbi Hava Qüvvələrinin heyətini peşə bayramı günü münasibəti ilə təbrik edib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” platformasında paylaşım edib.
Təbrikdə deyilir: "Azərbaycanın hava məkanının qorunmasında, Vətənimizin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsində əvəzsiz rol oynayan, böyük döyüş yolu keçmiş hərbi pilotlarımızı və Hərbi Hava Qüvvələrinin bütün heyətini Azərbaycan Hərbi Hava Qüvvələri Günü münasibətilə səmimi qəlbdən təbrik edirik!"