
Bakı, 14 fevral. TELEQRAF
Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərinin yekun protokolunu təsdiqləyib.
Teleqraf xəbər verir ki, protokolu komissiyanın bütün üzvləri imzalayıblar.
İlkin nəticələrə əsasən, bələdiyyə seçkilərində seçici fəallığı 31, 45 faiz olub. MSK ümumilikdə 27 seçki məntəqəsində nəticələri ləğv edib. Beləliklə, həmin seçki məntəqələrində səsvermənin nəticələrinin ləğvindən sonra yekun seçici fəallığı 31,42 qiymətləndirilib.
***
17:19
BAKI, 14 fevral. TELEQRAF
Azərbaycanda yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri ilə bağlı yekun nəticələr elan olunub.
Teleqraf xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasında (MSK) iclas keçirilib.
İclasda MSK sədri Məzahir Pənahov bildirib ki, namizədlik üçün müraciət edənlərin 99 faizinin sənədləri təsdiq olunub:
"682 bələdiyyədən 681 bələdiyyə tam tərkibdə formalaşıb".
Xatırladaq ki, yanvarın 29-da keçirilən seçkilərdə 685 bələdiyyə üzrə 8 071 üzvü seçilib.
Səsvermə hüququna malik 5 961 625 nəfərdən 1 874 810 seçici səs verib. Seçki fəallığı 31, 45 faiz olub.
Prosesdə 16 min 96 namizəd mübarizə aparıb və onlardan 8 504 nəfəri 24 siyasi partiyanı təmsil edib.