
Bakı, 14 fevral. TELEQRAF
Azərbaycanda yanvarın 29-da keçirilən seçkilərdə bələdiyyə üzvü seçilən şəxs vəfat edib.
Teleqraf-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında məlumat verilib.
Qeyd olunub ki, Ağsu rayonun Gəgəli kənd bələdiyyəsinə üzv seçilən şəxs ölüb. Ona görə bələdiyyə tam formalaşdırıla bilməyib.
Gəgəli 90 saylı Ağsu Seçki Dairəsinə aiddir.