
BAKI, 14 fevral. TELEQRAF
15 saylı Yasamal seçki dairəsinin 9 saylı, 17 saylı Yasamal seçki dairəsinin 8, 80 saylı Lerik - Astara seçki dairəsinin 62, 86 saylı Ağcabədi seçki dairəsinin 62 saylı məntəqəsinin komissiyaları buraxılır.
Teleqraf xəbər verir ki, bu barədə MSK-nın iclasında məlumat verilib.
Həmçinin seçicilərin iradəsinin müəyyənləşdirilməsinə imkan verməyən qanun pozuntuları aşkarlandığından, MSK-nın qərarı ilə 78 saylı Lənkəran kənd seçki dairəsi üzrə Şürük və 117 saylı Oğuz – Qəbələ – Şəki seçki dairəsi üzrə Padar bələdiyyəsinə seçkilər etibarsız sayılıb.