BAKI, 14 fevral. TELEQRAF

Seçkilər elan olunduqdan sonra cəmiyyətin marağının böyük olduğuna şahid olduq.

Teleqraf xəbər verir ki, bunu bələdiyyə seçkilərinin ümumi yekunları ilə bağlı keçirilən iclasda Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, namizədlik üçün müraciət edənlərin 99 faizinin sənədləri təsdiq olunub:

İmza vərəqi götürən şəxslərin sayı 16 511 nəfər olub. Onların 16 294 nəfəri imza vərəqəsini geri qaytarıb. 16 238 nəfərin isə namizədliyi qeydə alınıb. Bu şəxslərin yarıdan çoxu 24 siyasi partiyanın nümayəndələri olub. Yerdə qalanları isə müstəqil namizədlər, QHT üzvləri olub".

Xatırladaq ki, yanvarın 29-da keçirilən seçkilərdə 685 bələdiyyə üzrə 8 071 üzvü seçilib.

Səsvermə hüququna malik 5 961 625 nəfərdən 1 874 810 seçici səs verib. Seçki fəallığı 31,45 faiz olub.

Prosesdə 16 min 96 namizəd mübarizə aparıb və onlardan 8 504 nəfəri 24 siyasi partiyanı təmsil edib.