
Bakı, 14 fevral. TELEQRAF
Azərbaycanda 21 yaşına çatan şəxslərin mülki odlu silah əldə etmək hüququ olacaq.
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Xidməti və mülki silah haqqında” Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Qüvvədə olan qanunvericiliyə əsasən, bu qanunun tələblərinə müvafiq olaraq Azərbaycanda 18 yaşına çatmış Azərbaycan vətəndaşlarının mülki silah əldə etmək hüququ var.
Təklif edilən dəyişikliklə, Azərbaycanda 18 yaşına çatmış Azərbaycan vətəndaşlarının odlu silah istisna olmaqla, mülki silah əldə etmək hüququ olacaq.
Həmçinin, Azərbaycanda 21 yaşına çatmış vətəndaşlara mülki odlu silah əldə etmək hüququ veriləcək.
Qanun layihəsi səsə qoyularaq, birinci oxunuşda qəbul olunub.