BAKI, 14 fevral, TELEQRAF

Milli Məclisdə təhlükə potensiallı obyektlərin siyahısını genişləndirilməsi haqda dəyişiklik qəbul edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsində, “Texniki təhlükəsizlik haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olunub.

Belə ki, əhali və ətraf mühit üçün təhlükə yaradan təhlükəli maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadəsi və ləğvi ilə məşğul olan, həmçinin radioaktiv və ionlaşdırıcı şüa mənbələrinə, partlayış və digər qəza təhlükəli tikililərə, qurğulara və avadanlıqlara malik istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab ediləcək və təhlükə potensiallı obyektlər vahid dövlət reyestrində qeydiyyata alınmalıdır.