
BAKI, 14 fevral. TELQERAF
Ehtiyatda olan hərbçilərin yaşayış yerini dəyişərkən aidiyyəti üzrə məlumat vermədikdə, cərimə olunmamaqları təsdiqlənib.
Teleqraf xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olunub.
Belə ki, ehtiyyatda olan keçmiş hərbi vəzifəlilər yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsinə görə müəyyən edilən 30 manat məbləğində cərimədən azad ediləcəklər.
Layihə müzakirədən sonra qəbul edilib.