
BAKI, 14 fevral. TELQERAF
"Qəbullar zamanı insanlar bizə daha çox işsizlikdən şikayət edirlər".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2024-cü ildə fəaliyyəti haqqında məruzənin müzakirəsi zamanı deyib.
Deputat vurğulayıb ki, insanlar 320 manat maaş alırlar və himayələrində uşaqlar var:
"Onlar düşünürlər ki, necə iş tapsınlar. Əlavə gəlir yeri axtarırlar. Bələdiyyələr iş yerləri yaratmaq üçün addımlar atmalıdır. Onlara tikintiyə icazə verilməsi üçün səlahiyyətlər verilməlidir. Bütün dünyada tikintiyə icazə onların səlahiyyətindədir. Vətəndaş tövlə tikmək üçün gəlib Bakıdan icazə almalıdır. Bu, doğru deyil".