Livan Hizbullah hərəkatının baş katibi Həsən Nəsrullahın öldürülməsi əmri ABŞ-da verilib.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib.

“Dünya unutmamalıdır ki, əmr ABŞ-dan verilib. Amerikalılar heç vaxt məsuliyyətdən boyun qaçıra bilməyəcəklər” - siyasətçi bildirib.