BAKI, 23 oktyabr. TELEQRAF
İordaniyanın Karak şəhərində xristian kilsəsinə hücum edilib.
Teleqraf xəbər verir ki, bu barədə Kral təhlükəsizlik xidmətindəki mənbə "Əl-Məmləka" televiziyasına bildirib.
"Kilsənin yaxınlığında toplaşan insanlara atəş açan üç silahlı radikal təkfirçi təşkilatına mənsub olublar. Onlardan ikisi tapançadan, biri isə tüfəngdən atəş açıb".
Mənbənin məlumatına görə, terrorçular cinayət yerindən qaçıblar və təhlükəsizlik qüvvələri hazırda hücum edənləri axtarırlar.
Hücum nəticəsində 7 nəfər ölüb, 12 nəfər isə yaralanıb.
İordaniya daxili işlər naziri Mazen Fərai və hökumət sözçüsü Məhəmməd əl-Moumani hücum və kəşfiyyat əməliyyatı ilə bağlı təfərrüatları açıqlamaq üçün tezliklə Əmmanda mətbuat konfransı keçirəcəklər.