BAKI, 20 oktyabr. TELEQRAF
“Rusiyayönlü müxalifət gizli şəkildə Ermənistana qarşı məkrli plan hazırlayır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın “Xristian-Demokrat” partiyasının sədri Levon Şirinyan deyib.
“Rusiyayönlü seqment ölkəni dağıtmaqla məşğuldur, dövlətə qarşı gizli şəkildə məkrli plan hazırlayır. Bunların bizim ölkəmizə nə aidiyyəti var, onlar kimdir? Rusiyayönlü seqment - katolikos II Qaregin və Samvel Karapetyan kor bağırsaq kimidir. Bir gün partlaya bilər, onları “cərrahi yol”la götürmək lazımdır. Moskvanın və onun dəstək verdiyi bu qüvvələrin məqsədi Ermənistanda hakimiyyəti devirməkdir. Rusiyadan nə qədər uzaq olsan, Allaha bir o qədər yaxın olarsan”, - o bildirib.
Şirinyan hesab edir ki, Rusiya “Tramp marşrutu”nu pozmaq üçün bu layihəyə qoşulmaq istəyir:
“Rusiyanın “Tramp marşrutu”nda nə işi var? Onlar “Tramp marşrutu”nun içində peyin kimidirlər, layihəni korlamaq istəyirlər. Bal arılarının arasına qarışmış milçək kimi balın içinə girirlər”.