QAX, 1 avqust. TELEQRAF

Qaxda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var.

Teleqraf xəbər verir ki, hadisə Qax-Qorağan avtomobil yolunda qeydə alınıb. "Mercedes-Benz" və "Niva" markalı iki avtomobilin toqquşması nəticəsində bir azyaşlı dünyasını dəyişib.

Qəza zamanı daha bir neçə nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yaralılar Təcili Tibbi Yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.