XANKƏNDİ, 24 iyul. TELEQRAF
Xankəndi şəhərində kafedə baş verən yanğın zamanı xəsarət alan 3 nəfərin vəziyyəti açıqlanıb.
Teleqraf-ın Qarabağ bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, 23.07.2026-cı il tarixində saat 19:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xankəndi şəhərində baş verən yanğın hadisəsi səbəbilə çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (1 kişi, 2 qadın) Xankəndi Şəhər Xəstəxanasına, 2 nəfər (qadın) isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bərdə Rayon Mərkəzi Xəstəxanasında yaralılara qapalı kəllə-beyin travması, bədən səthinin 20% termiki yanığı diaqnozu təyin olunub və zəruri tibbi ximətlər göstərilib. Vəziyyətləri ağır qiymətləndirilən hər iki pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Xankəndi Şəhər Xəstəxanasına hospitalizasiya olunan 3 nəfərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, hadisə dünən "Turan" adlı kafedə baş verib. Baş verən yanğın zamanı kafedə işləyən 1983-cü il təvəllüdlü Əsədova Zibeydə Bulud qızı və 1997-ci il təvəllüdlü Cəfərova Fidan Sücaət qızı yanıq xəsarətləri alıb.