XANKƏNDİ, 19 iyun. TELEQRAF
Xankəndinə çatan ailələrə mənzillərin açarları təqdim edilib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Xankəndi şəhərinə çatan 68 nəfərdən ibarət 18 ailəyə sahib olduqları mənzillərin açarları təqdim olunub.
***
12:20
Bu gün Xankəndi şəhərinə yola salınan köç karvanı mənzil başına çatıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, mənzil başına çatan 18 ailəyə sahib olduqları mənzillərin açarları təqdim ediləcək.
Xankəndi şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xankəndi şəhərinə 18 ailə - 68 nəfər köçürülüb.