BAKI, 15 iyun. TELEQRAF

FÜZULİ, 15 iyun. TELEQRAF

Füzulidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, hadisə Füzuli rayonunun FİN qəsəbəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 1959-cu il təvəllüdlü Şahmurad Quliyevi Asif Balabəyovun idarə etdiyi “Mercedes” markalı avtomobil vurub.

Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.