AĞCABƏDİ, 9 iyun. TELEQRAF
Ağcabədi rayonunda kimyəvi məhluldan zəhərlənmə nəticəsində ölüm hadisəsi baş verib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, 1966-cı il təvəllüdlü rayon sakini Sərxan Şirinov kimyəvi məhluldan zəhərlənib.
O, ağır vəziyyətdə tibb müəssisəsinə çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.