CƏLİLABAD, 7 iyun. TELEQRAF

Cəlilabad rayonunun Məlikəasımli kəndində ilan sancması hadisəsi baş verib.

Teleqraf-ın cənub bürosu xəbər verir ki, hadisə 30 yaşlı kənd sakini Vasif Fərhad oğlu Yayhəyevin maşına ot yüklədiyi zaman baş verib.

Məlumata görə, otlar arasından çıxan ilan onun əlindən sancıb.

Yaralı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.