AĞDAŞ, 7 iyun. TELEQRAF

Ağdaşda su kanalında kişi meyiti tapılıb.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Dəhnəxəlil kəndində baş verib.

Kənd sakinləri tərəfindən ərazidən keçən su kanalında kişi meyiti aşkarlanıb. Cəsədin 1963-cü il təvəllüdlü Mustafayev Gündüz Şirəli oğluna aid olduğu müəyyən olunub.

Faktla bağlı araşdırmaa aparılır..