YEVLAX, 5 iyun. TELEQRAF
Yevlaxda keçmiş bələdiyyə üzvünün meyiti tapılıb.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, 1971-ci il təvəllüdlü İsmayılov Habil Məhəmməd oğlunun meyiti Ərəbbəsrə kəndi ərazisində aşkarlanıb.
Hadisənin səbəbləri hələlik məlum deyil. Habil İsmayılov vaxtilə Ərəbbəsrə kənd bələdiyyəsinin üzvü olub.
Faktla bağlı araşdırma başlanılıb.