AĞDAŞ, 4 iyun. TELEQRAF

Ağdaşda yol qəzasında ağır yaralanan daha bir nəfər dünyasını dəyişib.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, o, qəza zamanı ölən şəxsin böyük qardaşıdır.

Hadisə dünən Ağdaşın Əmirmahmud ķəndi yaxınlığında baş vermişdi. İki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Yevlax rayon sakini Elgün Həsənov hadisə yerində vəfat etmişdi.

Elgün Həsənovun ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən böyük qardaşı Ramin Həsənovun da həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, qəza nəticəsində həyatını itirən hər iki şəxs Yevlax rayon Xaldan qəsəbə sakinləridir.

Elgün subay, Ramin isə üç uşaq atası idi.

Elgün Həsənov

Ramin Həsənov

***

3.06.2026

8:26

Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Ağdaş-Göyçay avtomagistralının Əmirmahmud ķəndi yaxınlığında baş verib.

İki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Yevlax rayon sakini Elgün Həsənov ölüb, müxtəlif bədən xəsarətləri alan daha iki nəfər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.