LƏNKƏRAN, 2 iyun. TELEQRAF

Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Cənub bürpsu xəbər verir ki, hadisə köhnə Ələt–Astara magistralının 206-cı kilometrliyində, Aşağı Nüvədi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

1980-ci il təvəllüdlü, Lənkəran rayonunun Gərmətük qəsəbə sakini İslam Məhərrəməli oğlu Əkbərovun idarə etdiyi “Fiat” markalı avtomobil hərəkətdə olarkən yolu keçən piyada – 1968-ci il təvəllüdlü Aşağı Nüvədi kənd sakini Ağgül Təyyar qızı Bağırovanı vurub.

Qəza nəticəsində qadın ağır xəsarətlər alıb.

Sürücü onu öz avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.