ŞƏMKİR, 1 iyun. TELEQRAF

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə Şəmkir şəhərində qeydə alınıb.

1996-cı il təvəllüdlü Anar Lətifli mübahisə zəminində 2001-ci il təvəllüdlü Anar Əkbərovu bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.