GƏNCƏ, 27 may. TELEQRAF
Qurban bayramı münasibətilə Gəncədə bayram namazı şəhərin bütün məscidlərində eyni vaxtda qılınıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, yüzlərlə şəhər sakininin qatıldığı ibadətdə dualar edilib, Allahdan mərhəmət, əmin-amanlıq və ruzi-bərəkət arzulanıb.
Həmçinin şəhərin “İmamzadə” Dini Kompleksinin qurbangahında, M. Bağırov küçəsində və keçmiş “Ət kombinatı”nın ərazisində müəyyən edilmiş satış və kəsim məntəqələrində baytarlıq nəzarətindən keçmiş heyvanların kəsimi həyata keçirilib.
Qurbanlar sanitar-gigiyenik tələblər gözlənilməklə və İslam qaydalarına uyğun şəkildə kəsilib.