GÖYÇAY, 27 may. TELEQRAF

Göyçayda baş verən yol qəzasında daha bir nəfər dünyasını dəyişib.

Teleqraf xəbər verir ki, Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Göyçayın Qarayazı kəndi ərazisindən keçən hissəsində qeydə alınan hadisə zamanı yaralanan 1970-ci il təvəllüdlü Hüseyn Salahov xəstəxanada ölüb.

Qeyd edək ki, hadisə nəticəsində 2 nəfər ölüb, biri azyaşlı olmaqla 4 nəfər yaralanıb. 2012-ci il təvəllüdlü E.Feyzullayeva isə hadisə yerində həyatını itirib. 1964-cü il təvəllüdlü Mehriban Əmrahova, 1968-ci il təvəllüdlü İmran Əmrahov, 1988-cü il təvəllüdlü Arzu Feyzullayeva və 10 yaşlı qız uşağı hazırda xəstəxanadadır.

***

15:29

Göyçayda ağır yol qəzası olub.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonunun Qarayazı kəndi ərazisindən keçən hissəsində baş verib.

“Opel”, “KİA” və “Chevrolet” markalı avtomobillər toqquşub. Nəticədə yeniyetmə qız aldığı xəsarətlərdən hadisə yerində ölüb. Qəza nəticəsində xəsarət alan da var.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.