BAKI, 27 may. TELEQRAF

Bu gün Ağdaş rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı müxtəlif dərəcədə xəsarət alan 3 nəfər (2 kişi, 1 qadın) Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Teleqraf xəbər verir ki, yaralılara başın və bədənin müxtəlif nahiyələrinin travmaları, əzilmiş və sıyrılmış yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən hər üç şəxs ambulator müalicə üçün evə buraxılıb.

***
13:25

Ağdaşda bir ailənin üzvləri qəzaya düşüb.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Qumlaq kəndi yaxınlığında baş verib.

İki maşının toqquşması zamanı bir ailənin 3 üzvü xəsarət alıb.

Müxtəlif bədən xəsarətləri alan 1962-ci il təvəllüdlü Yeganə Eminova, həyat yoldaşı 1951-ci il təvəllüdlü Müğdət Eminov və oğulları 1987-ci il təvəllüdlü Anar Eminov xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.